Kim Çen Inın Şimali Koreyası tərəfindən buraxılan raket uğursuzluğa düçar olub.
Editor.az bildirir ki, bu barədə Cənubi Koreya hökuməti məlumat yayıb. Seulun məlumatına görə, ballistik raket Pxenyanın Sunan bölgəsindən saat 23:05-də iki Koreyanın Şərq dənizi adlandırdığı Yapon dənizinə doğru atılıb.
Lakin buraxılış uğursuz alınıb. NEWSWEEK yazır ki, Cənubi Koreya və ABŞ-ın kəşfiyyat xidmətləri uğursuz buraxılışın səbəblərini öyrənir.
Xatırladaq ki, Pxenyan keçən il rekord sayda – 68 raket sınağı və ya 2012-ci ildən bu yana təxminən 214 raket sınağı keçirib.
//Samir Qurbanov, Editor.az

