Şimali Koreya sui-qəsd təhlükəsi fonunda lideri Kim Çen Inın təhlükəsizliyini gücləndirib.
Bu barədə oktyabrın 29-da Cənubi Koreyanın “Yonhap” telekanalı məlumat yayıb.
Kəşfiyyat agentliyi Cənubi Koreyalı danışıq iştirakçılarını məlumatlandırıb ki, Kim Çen Inın müdafiəsi üçün xüsusi rabitə tıxanma sistemləri və dron aşkarlayan avadanlıqlar yerləşdirilib. Agentlik həmçinin qeyd edib ki, Şimali Koreya lideri bu il 110 dəfədən çox ictimaiyyət qarşısında çıxış edib ki, bu da ötən illə müqayisədə 60% çoxdur.
//Samir Qurbanov, Editor.az

