Kirants sakini delimitasiyadan sonra Azərbaycana keçəcək bağında yanğın törədibbackend

Kirants sakini delimitasiyadan sonra Azərbaycana keçəcək bağında yanğın törədib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Tavuş vilayətinin Kirants (Günən) kənd sakini delimitasiyadan sonra Azərbaycana keçəcək bağındakı tikilini yandırıb.

Məlumata görə, digər kənd sakinləri və polis yanğın törədən adamı sakitləşdirməyə, yanğını söndürməyə çalışıblar.

Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Şahin Mustafayevin və Mqer Qriqoryanın sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb.

Oxu.az