Kirill Budanov hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə çağırıbbackend

Kirill Budanov hərbi əməliyyatları Rusiya ərazisinə keçirməyə çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, hərbi əməliyyatlar Rusiya ərazisinə keçirilməlidir.

“Bu cür əməliyyatlar nə qədər geniş olsa, bir o qədər yaxşıdır”,- Budanov hesab edir.

Editor.az bildirir ki, bir gün əvvəl Ukrayna prezidenti Volodimir Zelenski demişdi ki, hərbi əməliyyatların Rusiya ərazisinə keçirilməsi düzgün deyil. Belə olan halda Ukrayna Qərbin dəstəyini itirə bilər.

“Biz Rusiya Federasiyası ilə eyni üsullarla işləmirik, ona görə də hər hansı müqayisə aparmaq tamamilə yanlışdır”, –Budanov jurnalistlərə deyib.“Müharibə qarşı tərəfin ərazisinə keçirilməlidir.

Bizim üçün bu təbii ki, Rusiya Federasiyası və onların təsiri altında oln digər ərazilərdir. Onları genişləndirmək və bağlamaq lazımdır. Hərbi əməliyyatların əraisi nə qədər geniş olsa, bir o qədər yaxşıdır”, – Budanov bildirib.

//Samir Qurbanov, Editor.az