Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə yeni hücumunun anonsunu verdibackend

Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə yeni hücumunun anonsunu verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Krım ərazisində “ciddi əməliyyat” hazırlayır.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov məlumat verib. Onun sözlərinə görə, Ukrayna ordusunun 2022-2023-cü illərdə Qara dəniz regionunda fəaliyyəti “bir strateji planla bağlıdır”: “Bunların hamısı Krımda ciddi əməliyyata hazırlıq tədbirləridir. Bu, bizim oraya yaxınlaşma və oradan getmə yolları ilə bağlı ifadələrimizin düzgünlüyünün yoxlanılmasıdır”, – Kirill Budanov deyib.

O, qeyd edib ki, Rusiya Silahlı Qüvvələri “heç vaxt dənizdə üstünlüyə malik olmayacaq”. Baş Kəşfiyyat İdarəsinin rəisi əlavə edib ki, Qrupun 13 xüsusi təyinatlı dəstəsi Rusiya donanmasının gəmilərinə hücumlarda iştirak edib.
Fevralın sonunda Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin Krım körpüsünə yeni hücumlarını açıqlayıb. O, həmçinin bildirib ki, müdafiə və əks-hücum üçün Ukrayna Qara dənizə nəzarət etməli və Krımda mövcud olmalıdır.

//Samir Qurbanov, Editor.az