Kirilll Budanov: Krım yaya qədər Vətənə qayıtmalıdırbackend

Kirilll Budanov: Krım yaya qədər Vətənə qayıtmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Rusiya əsas diqqətini Donetsk və Luqansk vilayətlərində daha çox ərazinin işğalına yönəldəcək.

Editor.az bildirir ki, bunu Ukrayna Baş kəşfiyyat idarəsinin rəisi, general-mayor Kirill Budanov “Washington Post” qəzetinə müsahibəsində deyib. O, Belarus ərazisindən hücumun bərpasını çətin hesab edir.

Onun fikrincə, belə bir addım yalnız müdafiə qüvvələrini yayındırmaq və parçalamaq niyyətinə xidmət edə bilər. İdarə rəhbəri onu da əlavə edib ki, “biz hər şeyi etməliyik ki, Krım yaya qədər vətənə qayıtsın”. “Ukrayna qoşunlarının işğal olunmuş Krıma girməsinin Rusiya prezidenti Vladimir Putini nüvə silahından istifadə etməyə sövq edəcəyinə inanırsınızmı” sualına Budanov belə cavab verib: “Bu, doğru deyil. Krım bizə qaytarılacaq. Mən sizə daha ətraflı məlumat verim: hər şey 2014-cü ildə Krımda başladı və onunla da bitəcək.

Bu, qorxutma taktikasıdır. Rusiya elə ölkədir ki, ondan çox şey gözləmək olar, amma bu qədər açıq axmaqlığı deyil. Bağışlayın, amma bu baş verməyəcək. Nüvə zərbəsi təkcə Rusiyanın hərbi məğlubiyyətinə deyil, həm də Rusiyanın süqutuna səbəb olacaq. Onlar bunu yaxşı bilirlər”.

 //Samir Qurbanov,Editor.az