Kişi oğlan uşağı istədiyi üçün iki həftəlik qızının boğazını kəsibbackend

Kişi oğlan uşağı istədiyi üçün iki həftəlik qızının boğazını kəsib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda kişi kiçik qızının boğazını kəsərək öldürüb.

Editor.az bu barədə “The Times of India” qəzetinə istinadla yazır.

Hadisə mayın 15-də Telanqana ştatının Haydarabad şəhərində baş verib. Polisə daxil olan məlumata görə, Caqat adlı şəxs gecə saatlarında iki həftəlik qızını yatmış arvadının əlindən alaraq evin yaxınlığındakı sakit yerə aparıb və bıçaqla onun boğazını kəsib. Cinayətkar uşağın meyitini şəhərin zibilliyinə atıb.

Sonra kişi yatmış arvadının və böyük qızının yanına qayıdıb. Arvadı yuxudan oyanıb körpəni axtarmağa başlayanda kişi etdiyi əməli etiraf edib. Hüquq-mühafizə orqanlarının nümayəndələri hesab edirlər ki, kişi cinayəti həmişə oğlunun olmasını arzuladığı və daha bir qız böyütmək istəmədiyi üçün törədib. Şübhəli saxlanılaraq həbs edilib.

//Gülnarə Abasova, Editor.az