“Kişilər ağlamaz” ifadəsi mənə gülməli gəlir”backend

“Kişilər ağlamaz” ifadəsi mənə gülməli gəlir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə fəaliyyət göstərən aktrisa Nəsrin Cavadzadənin aktyor sevgilisi Gökhan Alkan şəxsi həyatı barədə danışıb.

Editor.az axşam.az-a istinadən bildirir ki, “Re Touch Mag” jurnalına müsahibə verən aktyor “Ata olmaq istəyirsiniz” sualına belə cavab verib:

“Sadəcə, istəmək kifayət deyil. İstəyən əmək verməlidir. Mən ailəyə çox önəm verirəm”.

Aktyor duyğu və düşüncələrini sərbəst yaşadığını və hisslərini göstərməkdən çəkinmədiyini deyib:

“Gülürəm də, ağlayıram da, “Kişilər ağlamaz” ifadəsi mənə gülməli gəlir”.