Kişilərdə qeyri-adi reaksiyaya səbəb olan infeksiya aşkar edildibackend

Kişilərdə qeyri-adi reaksiyaya səbəb olan infeksiya aşkar edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlər kişilərdə qeyri-adi reaksiyaya səbəb olan infeksiyanı aşkar ediblər.

Editor.az lent.az-a istinadən bildirir ki, qızdırma kişilərdə anormal reaksiyalara, o cümlədən uzunmüddətli, stimullaşdırılmamış ereksiyaya səbəb ola bilər.

Belə ki, Afrikada 17 yaşlı bir oğlan qızdırmadan sonra arterial priapizmdən əziyyət çəkib. Bu da qəfil ereksiyanın başlaması deməkdir. Tədqiqatçılar belə bir fərziyyə irəli sürüblər ki, “dang” adlanan qızdırma infeksiyası damar sistemində dəyişiklikləri təşviq edir və bu da öz növbəsində penisdə qan axınının artmasına səbəb olur.

Bu vəziyyətin 18 saat davam etdiyi və heç bir xarici stimul olmadan yarandığı aydınlaşdırılır. Təsdiq olunmuş tibbi protokollar əsasında aparılan adekvat müalicə sayəsində gəncin vəziyyəti normallaşıb.

Qeyd edək ki, “dang” qızdırması yoluxmuş Aedes ağcaqanadlarının dişləməsi ilə ötürülən viral xəstəlikdir. Yüksək atəş, baş ağrısı, oynaq və əzələ ağrıları və tez-tez səpgi ilə xarakterizə olunur.

Dünyanın tropik və subtropik bölgələrində yayılıb. Hemorragik qızdırma və dang şok sindromu kimi ağır formaları xüsusilə təhlükəlidir.