KİV: “Bayden vədini yerinə yetirmədi”backend

KİV: “Bayden vədini yerinə yetirmədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ prezidenti Co Baydenin administrasiyası Ukrayna ilə bağlı ABŞ Konqresinə verdiyi vədi tutmayıb”.

Oxu.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” öz redaktor məqaləsində yazıb.

Nəşr qeyd edir ki, ABŞ Konqresinin bu ilin yazında Ukraynaya dəstək üçün vəsait ayırmasının şərtlərindən biri qanunvericilərə “45 gün ərzində ABŞ-nin Ukraynaya yardım strategiyası”nı təqdim etmək olub.

Bunun əvəzinə Bayden administrasiyası “lazım olduğu qədər” Kiyevi dəstəkləyəcəyinə dair ümumi ifadələrin arxasında gizlənib.

Qəzet yazır ki, bu həftə ABŞ administrasiyası “Konqresin təyin etdiyi müddətdən bir neçə ay sonra” sənədi təqdim edib. Bundan əlavə, sənəd tamamilə məxfiləşdirilib. İndi respublikaçı qanunvericilər ictimaiyyətin onunla tanış ola bilməsi üçün sənədin məxfiliyini ləğv etməyə çalışırlar.