KİV: İran ABŞ-nin “F-35” qırıcısını vurubbackend

KİV: İran ABŞ-nin “F-35” qırıcısını vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “F-35” qırıcısını vurduğunu, təyyarənin ciddi zədə aldığını bəyan edib.

Oxu.Az IRIB telekanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“F-35” qırıcısı bu gecə saat 02:50-də (Bakı vaxtı ilə saat 03:20 – red.) Mərkəzi İran səmasında SEPAH Hava-Kosmik Qüvvələrinin qabaqcıl HHM sistemləri tərəfindən hədəf alınıb. Təyyarənin ciddi zədələndiyi bildirilir.

“Qırıcının taleyi hələlik məlum deyil, araşdırma aparılır. Onun yerə düşmə ehtimalı olduqca yüksəkdir”, – deyə məlumatda qeyd olunur.

Məlumatda, həmçinin vurğulanır ki, İranın HHM qüvvələri tarixdə ilk dəfə ABŞ-nin beşinci nəsil “F-35” qırıcısını vurmağa nail olub.