KİV: Paşinyan sabah istefa verir və siyasətdən gedir – Videobackend

KİV: Paşinyan sabah istefa verir və siyasətdən gedir – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan sabah istefaya gedəcək.

Axar.az xəbər verir ki, bu məlumatı öz mənbələrinə istinadən “Joxovurd” qəzeti yayıb. Məlumata görə, Paşinyan istefasıyla bərabər siyasətdən gedəcəyini də açıqlayacaq:

“Baş nazir bir müddət əvvəl öz komandası ilə görüşdə deyib ki, ona ümid bəsləməsinlər, çünki o daha heç bir siyasi prosesdə iştirak etmək istəmir. Mülki Müqavilə Partiyasının İdarə Heyəti onu fikrindən döndərməyə çalışsalar da, buna nail ola bilməyiblər. Nikol Paşinyan həmçinin gələcəkdə nə işlə məşğul olacağını da açıqlamayıb”, – deyə o bildirib.

Qeyd edək ki, Nikol Paşinyan özü seçkilərə görə vəzifəsindən istefa verəcəyini, ancaq baş nazirin səlahiyyətlərini icra edəcəyini və seçkiyə girəcəyini açıqlamışdı.