KİV: Ramil Şeydayev Türkiyə klubu ilə müqavilə bağlayıbbackend

KİV: Ramil Şeydayev Türkiyə klubu ilə müqavilə bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev karyerasını Türkiyədə davam etdirəcək.

Bu barədə “bolugundem.com” saytı məlumat yayıb.

Bildirilib ki, Tailandın “Buriram Yunayted” klubunun hücumçusu “Kocaelispor”la anlaşıb. 27 yaşlı hücumçunun TFF I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə bağladığı vurğulanıb.

Qeyd edək ki, Ramil Şeydayev 2016-2018-ci illərdə Türkiyədə “Trabzonspor”un formasını geyinib.