KİV: Tramp GİZLİCƏ İranın yeni ali liderini seçibbackend

KİV: Tramp GİZLİCƏ İranın yeni ali liderini seçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafı bu ölkənin yeni ali lideri postuna namizəd kimi nəzərdən keçirir.

Oxu.Az xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrinə istinadən məlumat yayıb.

“Ağ Evdə bəzi rəsmilərin fikrincə, Qalibaf İrana rəhbərlik etməyə və müharibənin növbəti mərhələsində Tramp Administrasiyası ilə danışıqlar aparmağa qadir perspektivli tərəfdaşdır”, – deyə xəbərdə bildirilib.

Lakin qeyd olunur ki, Vaşinqton hələlik hər hansı konkret namizədin xeyrinə seçim etməyə hazır deyil. ABŞ hökuməti razılaşma bağlamağa razı olacaq şəxsi tapmaq üçün bir neçə iddiaçını nəzərdən keçirmək istəyir.

Mənbələrdən birinin sözlərinə görə, yekun qərar hələ qəbul edilməsə də, Qalibaf ən perspektivli namizədlərdən sayılır.

Martın 23-də bir neçə media orqanının İran-ABŞ danışıqlarında potensial iştirakçı adlandırdığı Qalibaf Tehran və Vaşinqton arasında münaqişənin həlli ilə bağlı əlaqələrini təkzib etmişdi.

Dünən bir neçə KİV İranın ABŞ ilə danışıqlarının ehtimal olunan iştirakçısı hesab etdiyi Qalibafın Tehranla Vaşinqton arasında münaqişənin həlli üzrə əlaqələrini təkzib etmişdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.