Ukrayna Prezidenti Volodimir Zelenski İstanbula nümayəndə heyəti göndərəcək.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Ukrayna rəsmisi məlumat verib.
Məlumata görə, Zelenski mayın 15-də Rusiya tərəfi ilə görüşmək üçün İstanbula nümayəndə heyəti göndərəcək.
Öz növbəsində İstanbuldakı Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski deyib ki, Rusiya İstanbulda danışıqlar prosesini bərpa etməyə və mümkün kompromislərə hazırdır.
Medinski bildirib ki, Moskva işgüzar əhvali-ruhiyyəni saxlayır.