“Ukrayna dövlət başçısı Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampın Alyaskada keçiriləcək danışıqlarında iştirak edə bilər”.
Oxu.Az-ın məlumatına görə, bu barədə “CBS News” Ağ Evin yüksəkvəzifəli rəsmisinə istinadən xəbər verir.
“Volodimir Zelenskinin sonda bu və ya digər formada cəlb olunması hələ də mümkündür”, – deyə telekanalın materialında vurğulanıb.
Xatırladaq ki, Tramp Putinlə avqustun 15-də Alyaskada görüşəcəyini bəyan edib, məlumat Kreml tərəfindən təsdiqlənib.

