Kiyev atəş altında: şəhərdə böyük dağıntılar varbackend

Kiyev atəş altında: şəhərdə böyük dağıntılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 25-i gecəsi Rusiya ordusu Kiyevi atəşə tutub. Bu barədə şəhərin hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Bir uşaq da daxil olmaqla ən azı yeddi nəfər yaralanıb.
Paytaxtda hava hücumu xəbərdarlığı qüvvədədir və insanlardan sığınacaqlarda qalmaları xahiş olunur. Tkaçenko qeyd edib ki, atəş nəticəsində bir neçə rayon zərər çəkib.

Peçerskedə 22 mərtəbəli binanın 4-7-ci mərtəbələrində ziyan qeydə alınıb. Dneprovskdə 9 mərtəbəli binanın son mərtəbələrində böyük yanğın baş verib. Darnitski rayonunda da ziyan olub.

Dövlət Fövqəladə Hallar Xidməti gecə hücumunun nəticələrini açıqlayıb. Kiyev meri Vitali Kliçko Svyatoşinski rayonunda qeyri-yaşayış binasının dağıntıları altında insanların qala biləcəyini bildirib. Xilasedicilər və tibb işçiləri hadisə yerində işləyirlər.

//Samir Qurbanov, Editor.az