Kiyev meri: “Rusiya qüvvələri paytaxtın bir addımlığındadır”backend

Kiyev meri: “Rusiya qüvvələri paytaxtın bir addımlığındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heç bir şişirtməsiz deyirəm ki, Kiyevdə vəziyyət qorxuludur.

Editor.az APA-ya istinadən bildirir ki, bunu Kiyev şəhərinin meri Vitali Kliçko sosial media hesabında yazıb.

Mer bildirib ki, bu gecə, səhərə yaxın vəziyyət çox mürəkkəb olacaq. Rusiya qüvvələri paytaxtın bir addımlığındadır. Ukrayna hərbçiləri şəhərdə diversiya qruplarını zərərsizləşdirir. Körpülərə xüsusi nəzarət olunur.