Kiyev nə zaman Aİ-na üzv ola bilər?- “Ukrayna münaqişəsinin gedişi bunun siyasi vaxtını müəyyən edəcək”backend

Kiyev nə zaman Aİ-na üzv ola bilər?- “Ukrayna münaqişəsinin gedişi bunun siyasi vaxtını müəyyən edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiya ilə danışıqlara başlamağa razı olsa belə, Avropa Birliyinə daxil olmaq üçün infrastrukturunu, qaydalarını dəyişməli, müəyyən mərhələlərdən keçməli olacaq.

Editor.az xəbər verir ki, bunu “Radio Sud”un efirində Avropanın daxili bazar üzrə komissarı Tyerri Breton deyib. Breton qeyd edib ki, Rusiya-Ukrayna danışıqlarının başlaması üçün Aİ Ukraynaya güclər balansına uyğun olaraq lazımi vaxtda qərar qəbul etmək imkanı verməlidir. Avropa komissarı xatırladıb ki, Avropa İttifaqı ölkələri gələn il Ukraynaya raketlər də daxil olmaqla, 1 milyon döyüş sursatının tədarükü üçün ilk dəfə 2023-cü ildə Ukrayna hərbi personalının hazırlanması və bütün silah zavodlarının açılması barədə razılığa gəliblər.

Breton əlavə edib ki, Aİ qarşısında Rusiya və Ukrayna arasında silah bərabərliyini təmin etmək vəzifəsi durur. Sentyabrın əvvəlində Kiyev yaxın iki il ərzində Avropa Birliyinə üzv olmağa hazır olduğunu bəyan edib. Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişinanın sözlərinə görə, Ukrayna münaqişəsinin gedişi Kiyevə Aİ üzvlüyünün verilməsinin siyasi vaxtını müəyyən edəcək.

//Gülnarə Abasova, Editor.az