Kiyev niyə Donbasda 125 min əsgər saxlayır? – Kelinbackend

Kiyev niyə Donbasda 125 min əsgər saxlayır? – Kelin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya və ABŞ rəsmilərinin bəyanatları Ukrayna ətrafında vəziyyətlə bağlı gərginliyi azaltmağa kömək etmir.

Editor.az  axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Londondakı səfiri Andrey Kelin çıxış edib.

“Onlar (Böyük Britaniya və digər NATO ölkələri) Kiyevdəki səfirliklərini tərk edir, sənədləri məhv edir, vətəndaşlarından Ukraynanı mümkün qədər tez tərk etmələrini xahiş edirlər. Bu, əsl isterikadır. Biz buna vəziyyətin gərginləşdirilməsi deyirik”, – Kelin vurğulayıb.

Səfir qeyd edib ki, Böyük Britaniya və ABŞ hazırda Ukrayna böhranının genişlənməsinə ən böyük töhfə verənlərdir.

Kelin həmçinin qeyd edib ki, Qərb ölkələri ilə Rusiya arasında Ukrayna ətrafındakı vəziyyətlə bağlı fikir ayrılıqlarını diplomatik səylərlə həll etmək mümkündür. Bu baxımdan o, Minsk razılaşmalarının həyata keçirilməsinin vacibliyinə diqqət çəkib.

Diplomatın fikrincə, Kiyev Donbas bölgəsində 125 min əsgər saxlamaq əvəzinə öz öhdəliklərinə əməl etməli və imzalanmış sənədləri tez bir zamanda icra etməyə başlamalıdır.