Kiyev PUA və raket hücumuna məruz qaldı, ölənlər varbackend

Kiyev PUA və raket hücumuna məruz qaldı, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Editor.az bildirir ki, bu barədə KVHA rəhbəri Sergey Popko məlumat verib.

Məlumata görə, əvvəlcə işğalçılar “Şahed” zərbə PUA-larından istifadə ediblər.

Bir neçə dron qrupu müxtəlif istiqamətlərdən paytaxta doğru irəliləyirdi. Bundan sonra “Tu-95MS” strateji aviasiyasından buraxılan raketlər tezliklə paytaxta uçub. “Ümumilikdə, hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə düşmənin 20-dən çox hədəfi məhv edilib (dəqiq sayı, eləcə də raket və PUA-ların növü Hərbi Hava Qüvvələri tərəfindən rəsmi olaraq açıqlanacaq).

Paytaxtda bir neçə yerdə dağıntılar qeydə alınıb. Təəssüf ki, insanlar həlak olub. Şevçenko rayonunda müəssisənin ərazisinə atılan raketlərin parçaları iki nəfərin ölümünə, üç nəfərin yaralanmasına səbəb olub.Həmçinin raket qalıqlarının düşməsi nəticəsində Şevçenko və Darnitski rayonlarında dağıntılar və yanğınlar baş verib.”, – administrasiya əlavə edib.

Dövlət Fövqəladə Hallar Xidmətinin bölmələri qəza yerində baş vermiş yanğınları söndürüb. “Bir daha hava hücumundan müdafiə qüvvələrinə əla işə görə təşəkkür edirik. Amma mən bir daha səma müdafiəçilərimizin israrlı xahişlərini səsləndirəcəyəm – öz təhlükəsizliyinizin qayğısına qalın! Və heç bir halda hava hücumundan müdafiə işini dayandırmayın! Qələbəmizdən sonra Ukraynada sülhün yaranmasına kömək edin.!”, – Sergey Popko deyib.

//Samir Qurbanov, Editor.az