Kiyev raket atəşinə tutuldubackend

Kiyev raket atəşinə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 15-də səhər tezdən Rusiya işğalçı qüvvələri yenidən raketlərlə Ukraynaya hücum edib. Paytaxt Kiyev də hücuma məruz qalıb.

Editor.az KGVA-nın məlumatına istinadən xəbər verir ki, bu dəfə hücum kompleks şəkildə olub və raketlər müxtəlif istiqamətlərdən Kiyevə uçub.

Paytaxtda hava hücumu xəbərdarlığının 2 saatdan çox davam etdiyi qeyd edilir. Hava Hücumundan Müdafiə qüvvələri düşmənin Kiyevə doğru irəliləyən bütün hədəflərini məhv edib. “Əməliyyat məlumatlarına görə, paytaxtda tələfat və dağıntı yoxdur.

Şəhərin həyat təminatı sistemi normal rejimdə işləyir. Əla işlərinə görə hava hücumundan müdafiə əsgərlərinə təşəkkür edirik. Biz Ukrayna Silahlı Qüvvələrini dəstəkləyirik! Ukraynada sülhün yaxınlaşması hər birimizdən asılıdır”, – mesajda deyilir.

//Samir Qurbanov, Editor.az