Kiyev Romadan nə xahiş edir?backend

Kiyev Romadan nə xahiş edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev Romadan və digər tərəfdaşlarından bir sıra ölkələrin liderləri Papanın dəfn mərasimində iştirak etdiyi zaman Ukrayna ilə bağlı sammit keçirməyi xahiş edib.

“La Repubblica”nın mənbələrə istinadən yazdığı kimi, Kiyev Vatikanda vida mərasimində keçmiş kansler Olaf Şolzun təmsil olunacağı ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və ola bilsin, Almaniyanın iştirakı ilə sammit keçirməyi təklif edir. “Mən şübhə edirəm ki, sammit Papanın dəfn günü keçirilə bilər. Sammit harada keçiriləcək? Tramp yüzlərlə kortejlə… Logistik baxımdan bu, çox çətindir”, – İtaliyanın xarici işlər naziri Antonio Tajani şərh edib.

Bununla yanaşı, Kiyev sammitin keçirilməsində israrını davam etdirir. Qeyri-rəsmi görüşdürsə, o, ABŞ səfirinin iqamətgahında yerləşən Villa Tavernada keçirilə bilər və ya İtaliya hakimiyyəti başqa yer ayıra bilər. Bundan əlavə, nəşrin mənbələrinin məlumatına görə, bu gün Romaya gələcək ABŞ prezidenti Donald Tramp üç ikitərəfli görüşdə iştirak edə bilər.

Bu, Ukrayna prezidenti Vladimir Zelenski, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Key Starmerlə dialoqa aiddir.

//Samir Qurbanov, Editor.az