Kiyev səhəri partlayışlarla açdı: ruslar qanadlı raketlərlə hücum edirbackend

Kiyev səhəri partlayışlarla açdı: ruslar qanadlı raketlərlə hücum edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 7-də səhər saatlarında rus işğalçıları qanadlı raketlərlə Ukrayna şəhərlərinə hücum edib.

Ukraynanın bir neçə şəhəri, o cümlədən Kiyev hücuma məruz qalıb. Paytaxtın ictimai hesabları Kiyevdə və bölgədə partlayış səsləri barədə məlumat verir.

Hadisə şahidlərinin sözlərinə görə, paytaxtda silsilə partlayış səsləri eşidilib. Daha sonra mer Vitali Kliçko məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Kiyevdə hava hücumundan müdafiə fəaliyyət göstərir. “Şəhərdə partlayışlar eşidilir. Hava hücumundan müdafiə işləyir. Sığınacaqlarda qalın!”, – Kliçko qeyd edib.

Eyni zamanda, hərbi hava qüvvələri Rusiya raketlərinin Kiyevə doğru irəliləməyə davam etdiyini bildirir. Digər bir qrup raket isə Xmelnitski və Lvov vilayətləri üzərində manevr edir. Prezident Aparatının rəhbəri Andrey Yermak əlavə edib ki, hava hücumundan müdafiə sistemi fəal işləyir. İndi sığınacaqlarda qalmağa dəyər.

//Samir Qurbanov, Editor.az