Kiyev səmasında altı hava şarı vuruldu – FOTObackend

Kiyev səmasında altı hava şarı vuruldu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hava hücumundan müdafiə sistemləri Kiyev şəhəri səmasında altı hava şarını vurublar.

Bu barədə şəhər hərbi administrasiyasının “Telegram” kanalında dərc olunan məlumatda deyilir.

Ukrayna paytaxtının səmasında ilk naməlum obyektin tapılması fevralın 14-də məlum olub.

“Dəqiqləşdirilən ilkin məlumata görə, bunlar küləyin təsiri altında kosmosda hərəkət edən şarlar olub”, – administrasiyadan bildiriblər.

Səlahiyyətlilər balonların reflektorlar və kəşfiyyat avadanlığı daşıya biləcəyini iddia ediblər.

Şarların əksəriyyətinin vurulduğu bildirilir. Zondların qalıqlarının diqqətlə öyrənilməsi planlaşdırılır.