Kiyev səmasında vurulan Rusiya raketlərinin fotoları yayıldıbackend

Kiyev səmasında vurulan Rusiya raketlərinin fotoları yayıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Federasiyasının hava hücumu zamanı Kiyev səmasında vurulan raketlərin fotoları yayılıb.
Editor.az bildirir ki, Milli Polisin Kiyev vilayəti üzrə Baş İdarəsinin rəisi Andrey Nebitov vurğulayıb ki, düşmənin paytaxta növbəti dəfə zərbələr endirmək planları hava hücumundan müdafiənin uğurlu işi nəticəsində iflasa uğrayıb. Hazırda polis dağıntıların düşdüyü yerlərə baxış keçirir və dəymiş ziyanı aradan qaldırır.
Xəsarət alan yoxdur. Vətəndaşlara raketlərin, PUA-ların və digər naməlum obyektlərin qalıqlarına toxunmamaq tövsiyyə olunub. Onların aşkar edildiyi halda, “102” xüsusi xətti ilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına məlumat vermək tapşırılır. Saat 9:45-ə olan məlumata görə, Kiyev vilayəti hərbi administrasiyasının rəhbəri Ruslan Kravçenko öz Facebook səhifəsində qeyd edib ki, gecə saatlarında bölgə rus işğalçıları tərəfindən növbəti terror aktına məruz qalıb.
Vilayətdə vurulma faktları qeydə alınmayıb və zərərçəkən olmayıb. Bir neçə icmada insanların həyətinə düşən dağıntılar aşkar edilib. Artıq bir neçə fərdi evə dəymiş ziyanla bağlı məlumat var”. Kravçenkonun sözlərinə görə, zərərlər cüzidir: pəncərələr sındırılıb, dam örtüyü zədələnib və s. Bundan başqa, iki avtomobil də dağıntılar altında qalıb. “Əməliyyat qrupları terror aktının nəticələrinin müəyyən edilməsi və qeydə alınması istiqamətində işlərini davam etdirir”, – VHA rəhbəri əlavə edib.
  //Samir Qurbanov,Editor.az