Kiyev SES-də nəzarət bərpa olundubackend

Kiyev SES-də nəzarət bərpa olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri gecə davam edən döyüşlər nəticəsində Kiyev Su Elektrik Stansiyasına (SES) nəzarəti bərpa edib.

Editor.azTrend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi bildirib.

Qeyd olunur ki, stansiya adi rejimdə işini davam etdirir, texniki işçilər sığınacaqları tərk edərək iş yerlərinə qayıdıb.

Eyni zamanda Ukraynanın cənubundakı Xerson şəhər rəhbərliyi şəhərdə Ukrayna bayrağının dalğalandığını bildirib.