ABŞ-ın Kiyevdəki səfirliyi “noyabrın 20-də potensial irimiqyaslı hava hücumu barədə məlumat” aldığını bildirib. Bununla əlaqədar diplomatik nümayəndəlik bağlanıb.
ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı verilərsə, “dərhal sgizlənməyə” çağırılıb. “Ehtiyat tədbiri olaraq səfirlik bağlanacaq və əməkdaşlarına yerində sığınacaq tapşırılacaq”, – səfirliyin açıqlamasında bildirilir.
Ukrayna vətəndaşlarını xəbərdar edən resurs xəbər verir ki, noyabrın 20-də səhər tezdən Kiyevdə hava hücumu xəbərdarlığı iki saat yarım, Kiyev vilayətində isə on saatdan artıq səslənib; Yerli hakimiyyət orqanları hava hücumundan müdafiənin işi barədə məlumat verib.
Rusiya Müdafiə Nazirliyi dəfələrlə Ukraynada yalnız hərbi və enerji obyektlərinə hücum etdiyini bildirib.
//Samir Qurbanov, Editor.az