Editor.az bildirir ki, bu barədə Kiyev Dövlət Hərbi Aviasiya Xidmətinin rəhbəri Timur Tkaçenko məlumat verib. Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Solomenski rayonunda yaşayış binasının yuxarı mərtəbəsində dağıntılar var, qeyri-yaşayış binasında yanğın baş verib.
O əlavə edib ki, Svyatoşinski rayonunda anbarlar yanır. Təcili yardım briqadaları Solomenski, Obolonski, Svyatoşinski və Darnitski rayonlarına gediblər. Solomenskidə dörd, Svyatoşinskidə doqquz qurban məlumdur: “Çox çətin gecə oldu. Solomenski rayonunda yeni yerlərə ziyanla bağlı məlumatlar daxil olur. Kiyevlilər, sığınacaqlarda qalın! Pilotsuz təyyarələr bir-birinin ardınca dalğalanır”, – Tkaçenko yazıb.
Gecə saat 1.28-də Ukrayna Hərbi Hava Qüvvələri işğalçı ölkədə “Kinjal” daşıyıcısı olan MiQ-31K təyyarəsinin havaya qalxması barədə məlumat yayıb.
Ukraynanın bəzi bölgələrində əvvəllər elan edilmiş hava hücumu xəbərdarlığı vilayətin bütün ərazisinə yayılıb. Yüksək sürətli hədəflər Kiyev, Pavloqrad, Krivoy Roqa uçub. Kiyevdə elektrik enerjisi ilə bağlı problemlər başlayıb.
//Samir Qurbanov, Editor.az

