Ukrayna və Rusiya nümayəndələri Qara dənizdə təhlükəsizliklə bağlı danışıqlar üçün Türkiyənin paytaxtı Ankarada görüşməyəcək.
Editor.az bildirir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa “TSN.Tıjden” üçün şərhində danışıb. Bundan əvvəl Türkiyənin TGRT xəbər kanalı məlumat vermişdi ki, tərəflər aprelin 15-16-da Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında əlaqə saxlamağı planlaşdırırlar.
Lakin Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bu məlumatı “uydurma” adlandırıb: “Belə bir şey planlaşdırılmayıb”.
//Samir Qurbanov, Editor.az