Kiyev səmasında vurulan düşmən hədəfinin qalıqları Obolonski rayonunda ticarət və əyləncə mərkəzinin damına, Şevçenkovski rayonunda isə şəxsi evin üzərinə dəyib.
Editor.az bildirir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko Telegram-da məlumat verib. “Obolonski rayonunda raket qalıqlarının düşməsi nəticəsində alış-veriş və əyləncə mərkəzlərindən birinin damında yanğın baş verib. Ayrı-ayrı fraqmentlər ticarət mərkəzinin ərazisinə düşüb.
Daha sonra KVHA rəhbəri bildirib ki, Obolonski rayonunun başqa bir hissəsində dağıntıların dayanacaqda avtomobillərin, Şevçenkovski rayonunda isə fərdi evin üzərinə düşməsi nəticəsində dam və pəncərələrə ziyan dəyib. İlkin məlumatına görə, itki yoxdur. Məlumat dəqiqləşdirilir.
//Samir Qurbanov,Editor.az
