Kiyev və Odessada partlayışlar olubbackend

Kiyev və Odessada partlayışlar olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 23-nə keçən gecə Kiyevdə hava hücumu ilə bağlı həyəcan siqnalı verilib və hava hücumundan müdafiə sistemi işə düşüb.

Editor.az xəbər verir ki, bu barədə Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popko məlumat verib. Onun sözlərinə görə, təhlükə dron hücumu ilə bağlı olub: “Paytaxtda gecə hava hücumu xəbərdarlığı PUA təhlükəsi ilə bağlı idi… Hazırda paytaxtda dağıntı və tələfat qeydə alınmayıb”, – deyə Popko Telegram kanalında yazıb.

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Odessa və Nikolayev vilayətlərində də hava hücumundan müdafiənin işi barədə məlumat verib.

Departament qeyd edib ki, bölgələr üzərində müvafiq olaraq yeddi və dörd “Şahed” pilotsuz təyyarəsi vurulub. Odessada 9 nəfər xəsarət alıb. Rusiya Müdafiə Nazirliyi aprelin 23-nə keçən gecə Belqorod vilayəti üzərində dörd “Olxa MLRS” raketinin məhv edildiyini bildirib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

//Samir Qurbanov, Editor.az