İyunun 7-nə keçən gecə ruslar raket və pilotsuz təyyarələrlə Kiyev vilayətinə hücum ediblər. Bölgədə hava hücumundan müdafiə qüvvələri işləyib.
Editor.az bildirir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Ruslan Kravçenko bildirib: “Düşmən gecə boyu PUA və raketlərlə əraziyə hücum edib. Həyəcan siqnalı 4 saat davam edib”, – rəsmi bildirib.
Onun sözlərinə görə, “hava hücumu nəticəsində sənaye obyektlərindən birində yanğın baş verib”. VHArəhbəri əlavə edib ki, itki yoxdur. Yanğınsöndürmə davam edir.
//Samir Qurbanov, Editor.az

