Kiyev vilayətində 1200-dən çox cəsəd tapılıbbackend

Kiyev vilayətində 1200-dən çox cəsəd tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qüvvələrinin Kiyev vilayətindən çıxarılmasından sonra ərazidə 1222 cəsəd tapılıb.

Editor.az İHA xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın baş prokuroru İrina Venicetova açıqlamasında bildirib.

“Rusiya qüvvələrinin törətdiyi 5600 hərbi cinayət Ukrayna hakimiyyəti tərəfindən araşdırılır. Biz Ukraynanın hər yerində müharibə cinayətləri, insanlığa qarşı cinayətlər görürük. Rusiyada yüksək rütbəli hərbçilər və dövlət məmurları da daxil olmaqla 500-dən çox hərbi cinayətdə şübhəli şəxs kimi müəyyənləşdirilib. Ukraynanın Kramatorsk şəhərində qatar stansiyasına edilən və 50-dən çox insanın ölümü ilə nəticələnən hücumla bağlı da lazımi sübutlarımız var”,- Venicetova bildirib.

Qeyd edək ki, Rusiya ordusunun hücumu nəticəsində Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində qatar stansiyasında təxliyyə olunmağı gözləyən 52 nəfər həlak olub. Onlardan 5-i uşaqdır.

Rusiya tərəfi isə ötən cümə günü qatar stansiyasına edilən hücuma görə məsuliyyət daşımadıqlarını və hücumda istifadə edilən raketlərin onlara aid olmadığını iddia edib.

//Editor.az