Ukraynanın Kiyev vilayətinin Beloy Tserkva şəhərində gecə ərzində üç partlayış baş verib.
Editor.az “Zerkalo Nedeli”yə istinadən xəbər verir ki, Sumı rayonunda da partlayışlar olub. Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.
Gecə saatlarında Ukraynanın əksər ərazilərində hava hücumu xəbərdarlığı verilib. Xüsusilə Dnepropetrovsk, Vinnitsa, Kiyev, Kirovoqrad, Odessa, Poltava, Sumı, Çerkassı və Çerniqov vilayətlərində xəbərdarlıq elan edilib.
//Samir Qurbanov, Editor.az

