Noyabrın 28-də səhər saatlarında Rusiya Ukraynanın ən azı on bölgəsini atəşə tutub, hava hücumundan müdafiə sistemi işləyib. Kiyevdə raket qalıqları iki əraziyə düşüb.
Şəhər hərbi idarəsinin məlumatına görə, Dneprovskedə zərbə açıq əraziyə dəyib və xəsarət alan olmayıb. Darnitskidə bir müəssisə qismən dağılıb, yardımçı tikililərə və nəqliyyata ziyan dəyib.
VHA xəbər verir ki, Kiyev vilayətində iki nəfər yaralanıb. İnsanlara yerindəcə köməklik göstərilib.
//Samir Qurbanov, Editor.az

