Kiyevdə güclü yanğın başlanıbbackend

Kiyevdə güclü yanğın başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə yeni yanğın baş verib. Podolda anbarlar yanır.

Editor.az bildirir ki, bu barədə Dövlət Fövqəladə Hallar Xidmətinin Kiyev üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib: “Saat 15.43-də ikimərtəbəli anbar binasında yanğının baş verdiyi və onun qonşu anbarlara keçməsi barədə məlumat daxil olub. Saat 18:24-də 500 kv.m sahədə yanğın söndürülüb”, – Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatında deyilir.

Xilasedicilər onu da bildirirlər ki, yanğının söndürülməsi zamanı xilasedicilər yanma məhsullarından zəhərlənmə ehtimalı olan bir nəfəri aşkar edərək həkimlərə təhvil veriblər. Hadisə yerində 14 texnika və 55 xilasedici çalışır.

//Samir Qurbanov, Editor.az