Rusiyanın hücumuna məruz qalan Ukraynanın paytaxtı Kiyevdə 2 günlük komendant saatı tətbiq edildikdən sonra insanlar əsas ehtiyaclarını almaq üçün bazarlar qarşısında uzun növbələr yaradıblar. Əsa ilə ayaq üstə dayana bilən 83 yaşlı qadın 3 saat növbədə dayandıqdan sonra ancaq çörək və yumurta aldığını deyib.
Editor.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə Ukraynanın paytaxtı Kiyevdə saat 08:00-da komendant saatının sona çatması ilə davamlı bombardman altında olan insanlar 2 gün sonra ilk dəfə küçəyə çıxa bilib.
Bazar və apteklərin qarşısında yüzlərlə insanın növbələri müşahidə olunur.
Alış-veriş üçün növbəsində gözləyən Sergey Vasiliy qeyd edib ki, “Təxminən 20-30 dəqiqə durmuşam. Apteklərin çoxu bağlıdır. Aptek hər şeydən çox lazımdır. Bələdiyyə sədrinə zəng vurdum, amma dedi ki, heç nə bilmirlər və bütün apteklər bağlanıb. Söz veriblər ki, açacaqlar. Dərman ala bilmirik, heç nə yoxdur. Heç nə əldə edə bilmirik”.- deyə vurğulayıb
Evdə çörək qalmadığını deyən Vasili Heç olmasa un almaq istəyirik. Dörd gündür ki, Çörək yoxdur . Keçən dəfə zəncəfili peçenya aldığını bildirib.
Əsa ilə dayana bilən 83 yaşlı Raisa Vurina çörək və yumurtadan başqa heç nə ala bilmədiyini söyləyərək narahtlığını bildirdi. “Çox az alışveriş etdim. 3 saat növbə gözlədim.
Adının gizli qalmasını istəyən bir qadın isə hazırda vəziyyətin sakit olmasına baxmayaraq bundan sonra yaşanacaqların necə olacağını proqnozlaşdıra bilmədiyini bildirdi. Hərbi vəziyyətə görə çox az küçəyə çıxmaq şansımız olur. Ona görə də hər küçəyə çıxdıqımızda bacardığımız qədər ərzaq tədarük edirik. Bütün zəruri mallar mağazalarının qarşısında böyük növbələr müşahidə olunur. Bəzən almağa bir şey tapa bilmirik. Hətta çörəyin bitdiyini bildirirlər.
Qeyd edək ki, Paytaxt Kiyevdə rus diversantlarının təxribatlarının önlənməsi üçün saat 08:00-dan 18:00 kimi komendant saatı tədbiq edilir.
// Editor.az

