Kiyevdə insanlara kütləvi şəkildə silah paylanılırbackend

Kiyevdə insanlara kütləvi şəkildə silah paylanılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyev şəhərində vətəndaşlara kütləvi şəkildə silah paylanılır. Editor.az Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiyanın yaratdığı təhlükəni nəzərə alaraq, Kiyev əhalisinə pulemyotların verilməsi tamamilə sadələşdirilmiş prosedur əsasında həyata keçirilir.

Bu barədə fevralın 24-də prezidentin Konstitusiya Məhkəməsindəki nümayəndəsi Fyodor Venislavski Rada kanalının efirində bildirib.

O, daxili işlər naziri Denis Monastırskiyə istinadən qeyd edib ki, fevralın 24-ü axşam saatlarında cəmi bir neçə saat ərzində Kiyev əhalisinə minlərlə silah verilib və “insanlar onlardan öz şəhərlərini qorumaq üçün istifadə edəcəklər”.

“Terror təhlükəsi var.  İkinci komponent də var – mülki-hərbi müdafiədir.  Bu baxımdan 10 minə yaxın pulemyot vətəndaşlara verilmişdir”, – Venislavski bildirib.

//Gülnarə Abasova, Editor.az