Kiyevdə komendant saatı tətbiq edilibbackend

Kiyevdə komendant saatı tətbiq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyev şəhər meriyasi fevralın 24-də komendant saatı tətbiq edib.

Bu barədə Telegram-da Kiyev meri Vitali Kliçko məlumat verib.

“Kiyev bu gündən komendant saatı tətbiq edir. O, saat 22:00-dan 7:00-a qədər davam edəcək. Bu məcburi addımdır, lakin hərbi təcavüz və hərbi vəziyyətin hökm sürdüyü indiki şəraitdə paytaxt sakinlərinin təhlükəsizliyi üçün zəruridir”, – o, bildirib.

Komendant saatı zamanı ictimai nəqliyyat işləməyəcək, metro stansiyaları gecə-gündüz sığınacaq kimi fəaliyyət göstərəcək.

Sənədli vətəndaşların müəyyən kateqoriyası üçün hərəkət mümkün olacaq.

“Biz bütün Kiyevlilərdən vaxtında evlərinə qayıtmalarını xahiş edirik. Əgər komendant saatı zamanı şəhərdə hərəkət etmək, xüsusən də kritik infrastrukturun növbəli işçiləri üçün mütləq zəruridirsə, şəxsiyyəti təsdiq edən sənədlər olmalıdır”, – Kliçko əlavə edib.

//Editor.az