Kiyevdə “Leopard” tankları və “SEZAR” haubitsaları istehsal edən müəssisə açılıbbackend

Kiyevdə “Leopard” tankları və “SEZAR” haubitsaları istehsal edən müəssisə açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

KNDS Fransa-Almaniya müdafiə sənayesi holdinqi Kiyevdə “Leopard” tankları və “SEZAR” haubitsaları istehsal edən törəmə müəssisə açıb.

Bu barədə oktyabrın 1-də konsernin mətbuat xidməti məlumat yayıb. “Kiyev şirkəti KNDS Ukrayna MMC Ukraynanın dövlət qurumları, Ukrayna silah sənayesi və KNDS konserni arasında əməkdaşlığı dəstəkləyəcək”, – press-relizdə deyilir.

Qeyd olunub ki, filialın açılmasının məqsədləri arasında Ukraynanın KNDS tərəfindən istehsal olunan sistemlərə, o cümlədən “Leopard 1” və 2 əsas döyüş tanklarına, SEZAR artilleriya qurğularına, AMX10 RC zirehli döyüş maşınlarına, PzH 2000 zirehli texnikasına texniki xidmət və təmir işləri aparmaq imkanı daxildir.

Bu da Ukrayna “sistemlərin döyüşə hazırlığını əhəmiyyətli dərəcədə artıracaq”. Eyni zamanda konsern Ukraynada 155 mm-lik artilleriya sursatını və onlar üçün ehtiyat hissələrini birgə istehsal etmək niyyətini də açıqlayıb.

//Samir Qurbanov, Editor.az