Kiyevdə ölənlərin sayı 10-a çatdı, xilasedicilər dağıntılar altında axtarış aparırbackend

Kiyevdə ölənlərin sayı 10-a çatdı, xilasedicilər dağıntılar altında axtarış aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxta endirdiyi hücum nəticəsində Kiyevdə ölənlərin sayı 10 nəfərə yüksəlib.

Editor.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İqor Klimenko məlumat verib.

Nazirin sözlərinə görə, xilasedicilər dağıntılar altından üç nəfəri sağ çıxara bilib. Hazırda paytaxtın müxtəlif yerlərində axtarış-xilasetmə işləri davam edir. Klimenko qeyd edib ki, prosesə yeni yaradılmış DSNS-in mobil dəstəsi “Delta” da cəlb olunub.

Eyni zamanda, hadisə yerində cəsəd qalıqları aşkarlanıb və şəxsiyyətlərin müəyyən edilməsi prosesi aparılır.

DSNS-in sözçüsü Svetlana Vodolaha bildirib ki, dağıntılar altında daha doqquz nəfərin qalma ehtimalı var. Bununla belə, onların hücum anında evdə olub-olmadığı hələlik dəqiq məlum deyil.