Kiyevdə partlayış səsi eşidilibbackend

Kiyevdə partlayış səsi eşidilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçko şəhərdə partlayışların olduğunu bildirib.

Editor.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu barədə Kliçko teleqram hesabında paylaşım edib.

Digər tərəfdən, Xarkov qubernatoru Oleq Sinequbov Rusiya qüvvələrinin Xarkov şəhəri və bölgəsinə hücumlar təşkil etdiyini açıqlayıb.

“Düşmən şəhər və rayona 15-ə yaxın hücum həyata keçirib. Kritik infrastruktur obyektləri hələ də işğalçıların hədəfi altındadır”, – Sinegubov açıqlamasında bildirib.

Ukraynanın Odessa vilayətinin qubernatoru Maksim Marçenko Telegram hesabında verdiyi açıqlamada geniş miqyaslı raket hücumu nəticəsində bölgənin enerji infrastrukturu və yaşayış binalarının raketlərlə vurulduğunu və xoşbəxtlikdən itki olmadığını bildirib.

Qeyd edək ki, Ukraynanın bir çox bölgəsində hava hücumu xəbərdarlığı saatlarla davam edib.

//Safura Bənnayeva, Editor.az