Hava hücumu xəbərdarlığından sonra Kiyevdə partlayış səsləri eşidilib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Kiyev meri Vitali Kliçko öz telegram hesabında verdiyi məlumata görə, hava hücumundan müdafiə qüvvələri iş başındadır və xilasetmə qrupları şəhərin şərq və cənub hissələrində mümkün partlayış zonalarına doğru gedirlər.
Onun sözlərinə görə, raket qalıqları Kiyevin mərkəzinə düşüb, şərqdə isə qeyri-yaşayış binalarına ziyan dəyib, bunun nəticəsində yanğın baş verib . Hakimiyyət orqanları və yerli media həmçinin Ukraynanın Xarkov, Xmelnitski, Rivne, Lvov və İvano-Frankivsk vilayətlərində partlayışların baş verdiyini bildirib.
//Safura Bənnayeva, Editor.az

