Kiyevdə partlayış baş verib: Tələfat varbackend

Kiyevdə partlayış baş verib: Tələfat var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə keçmiş fabrikin ərazisində partlayış baş verib. İlkin məlumata görə, qaz balonu partlayıb, ölən və yaralananlar var.

Editor.az xəbər verir ki, bu barədə şəhər meri Vitali Kliçko Telegram-da yazıb: “Paytaxtın Darnitski rayonunda keçmiş zavodun ərazisində partlayış baş verib. Dağıntılar altında insanlar ola bilər. Bütün xidmətlər yoldadır”.

Kliçko əlavə edib ki, ekspertlər partlayışın səbəblərini araşdıracaqlar. Məlumat dəqiqləşdirilir. Kiyev vilayətində hava xəbərdarlığı elan edilməyib. Son məlumatlara görə, partlayış nəticəsində iki nəfərin öldüyü təsdiqlənib.

  //Samir Qurbanov,Editor.az