Təhlükəsizlik Xidməti və Milli Polis Kiyevdə terror aktının qarşısını alıb.
Paytaxtın izdihamlı yerlərindən birində əldəqayırma partlayıcı qurğunu işə salmağı planlaşdıran Zaporojye sakinləri saxlanılıb.
Editor.az bildirir ki, bu barədə oktyabrın 23-də UTX-nın mətbuat xidməti məlumat yayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, saxlanılanlar Zaporojye şəhərinin 20 yaşlı sakini və onun Rusiya Federasiyası ilə əməkdaşlıq edən 26 yaşlı şəriki olub. İstintaqın məlumatına görə, şübhəlilər əldəqayırma partlayıcı qurğu hazırlamalı və onu Kiyevdə insanların sıx toplaşdığı yerlərdən birində işə salmalı idilər.
Xəbərdə deyilir ki, rusların məqsədi paytaxtda öləcək mülki əhalinin sayını maksimum dərəcədə artırmaq olub.
Hüquq-mühafizə orqanları əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs işğalçılardan əldəqayırma komponentlərdən partlayıcı qurğunun hazırlanması ilə bağlı ətraflı təlimat alıb. Terror aktını törətməzdən əvvəl qadın və onun tərəfdaşı Rusiya xüsusi xidmətinin “nəzarət” tapşırığını yerinə yetirməli imiş – Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinin bir neçə hərbi texnikasını yandırmaq.
Təhlükəsizlik Xidmətinin müstəntiqləri onlara “Hərbi vəziyyət şəraitində olan bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq dövlətə xəyanət” maddəsi ilə şübhəli olduqlarını bildiriblər. Günahları sübuta yetirilərsə, onları əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası gözləyir.
//Samir Qurbanov, Editor.az

