Kiyevdə raket hücumları nəticəsində azı 15 nəfər həlak olubbackend

Kiyevdə raket hücumları nəticəsində azı 15 nəfər həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya silahlı qüvvələri bu gün paytaxt Kiyev də daxil, Ukraynanın müxtəlif şəhərlərinə, ümumilikdə 40-dan çox müxtəlif tipli raketlər atıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Facebook” səhifəsində məlumat verib.

Qeyd olunur ki, Rusiyanın hücumu nəticəsində yaşayış binalarına, infrastruktura və uşaq xəstəxanasına ziyan dəyib.

Ukrayna mətbuatı raket hücumları nəticəsində azı 15 nəfərin həlak olduğunu bildirir.