Kiyevdə və digər vilayətlərdə yenidən hava hücumu xəbərdarlığı elan edilibbackend

Kiyevdə və digər vilayətlərdə yenidən hava hücumu xəbərdarlığı elan edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

21-də səhər saatlarında raket zərbəsindən sonra Kiyevdə və bir sıra bölgələrdə yenidən hava hücumu xəbərdarlığı elan edilib.

Editor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumatda Çerniqov vilayətindən Kiyev bölgəsinə doğru bir qrup raketin uçduğu bildirilir.

Yerli vaxtla sSaat 07:19-da Hərbi Hava Qüvvələri Kirovoqrad və Çerkassı bölgələri üçün də təhlükə olduğunu elan edib.

Saat 07:43-də Hərbi Hava Qüvvələri yaydıqları xəbərə qanadlı raketin Vinnitsa vilayəti istiqamətində uçduğunu da əlavə edib.

//Samir Qurbanov, Editor.az