Kiyevdə vəziyyət: su təhcizatı bərpa olunub, lakin…backend

Kiyevdə vəziyyət: su təhcizatı bərpa olunub, lakin…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevin sol sahilində və qismən sağ sahilində su təchizatı bərpa edilsə də paytaxt sakinlərinin 70%-i hələ də işıqsızdır.

Editor.az bildirir ki, bu barədə Kiyev meri Vitali Kliçko deyib. Onun sözlərinə görə, Kiyevvodokanalın energetikləri və mütəxəssisləri bütün gecəni paytaxtın həyat təminatını bərpa etmək üçün çalışıblar.

”Artıq şəhərin sol sahilində suyun verilişi bərpa olunub. Sağ tərəfdə səhər saatlarında bərpa etməyi planlaşdırırıq. Lakin paytaxtın 70%-i hələ də işıqsızdır. Kliçko qeyd edib ki, energetiklər işığı mümkün qədər tez qaytarmaq üçün hər cür səy göstərirlər. Lakin bu, bütün Ukraynanın enerji sistemində balansın bərpasından asılı olacaq”.

Kiyevlilər bildirir ki, sağ sahildə artıq qismən işıq və su var, istilik isə hələ ki, yoxdur. Mobil rabitə ilə bağlı problemlər də qalmaqdadır.

//Samir Qurbanov,Editor.az