Bu günlərdə Kiyevin küçələrində NATO-ya Ukrayna üzərində uçuşa qadağa zona yaratmağa yönəlik çağırışlar edən reklam lövhələri yerləşdirilib. Editor.az-ın Türkiyə mediasına istinadən xəbər verir ki, bu reklam löhvələrini paytaxt Kiyevin müxtəlif ərazilərində görmək mümkündür.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski insan tələfatının daha artmaması üçün Rusiya təyarələrinin Ukrayna üzərində uçuşuna qadağa tətbiq edilməsi üçün NATO-ya çağrış etmişdi. Ancaq NATO tərəfindən bu çağırışa hələki müsbət cavab yoxdur.

//Nəzərbəy Hacıağayev, Editor.az

